970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

16.12.2025 11:39

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18