Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Cəfər və Ülviyyə gənc bir cütlük idi. Onlar illərdir ki, Balaxanıda yaşayır, əllərinə keçən hər qəpiyi yığıb gələcək planları üçün saxlayırdılar. Onların ən böyük arzusu isə çox sadə idi: Cəfərin atasından qalmış balaca çay evini təmir edib, işlətmək. Ancaq çay evinə lazım olan avadanlıq və təmir xərcləri üçün topladıqları pul yetmirdi.
Cütlük bankdan istehlak krediti götürmək qərarına gəlir. Bank əməkdaşı ilə söhbət zamanı onlar planlar və xəyallarını bölüşdülər. Bank onlara həm kredit, həm də könüllü “Kredit Həyat Sığortası” təklif etdi. Cəfər əvvəlcə tərəddüd etsə də, Ülviyyə “Bu bizi çətin gündə qoruyar”, – deyərək sığortanı qəbul etdi.
Bir neçə ay sonra onların Balaxanıda kiçik çay evi açıldı. Müştərilər çay evində uzun-uzun söhbətlər edir, gülə-gülə vaxt keçirirdilər. Cəfər yorulmadan işləyir, Ülviyyə isə müştəriləri qarşılayırdı. Hər şey yolunda gedirdi.
Cəfərin ürəyindəki sancılar son zamanlar onu narahat etməyə başlamışdı, amma işin çoxluğu səbəbindən həkimə getməyi təxirə salırdı. Növbəti həftə vəziyyəti ağırlaşdı və təcili xəstəxanaya yerləşdirildi. Cəfərin müalicəsi davam etsə də, iki gün sonra həyatla vidalaşdı. Diaqnoz ürək çatışmazlığı idi.
Ülviyyə bir tərəfdən həyat yoldaşının itkisini, digər tərəfdən isə çay evinin xərcləri, kredit ödənişləri və gündəlik həyatın ağırlığını təkbaşına daşıyırdı. Ödənişləri ödəmək artıq onun üçün imkansız görünürdü, bank ödənişlərini edə bilmirdi. Bir neçə ay ödənişləri gecikdirmişdi, banka vəziyyətinin çətin olduğunu və həyat yoldaşının vəfat etdiyini bildirdi.
Bank daxili aparılan araşdırmalar nəticəsində kredit götürən şəxs Cəfər Abdulovun bir neçə ay öncə ürək çatızmazlığı nəticəsində vəfat etdiyi aydın oldu. Amma bank olaraq, kredit götürən şəxsə istehlak krediti zamanı “Kredit Həyat Sığortası” da təklif olunmuşdu. Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdı və bunun nəticəsində vəfat etmiş şəxsin ailəsinin kredit borcu həyat sığortası şirkəti tərəfindən ödənildi.
Bu məqalə kommersiya banklarından birinin təqdim etdiyi kredit tarixçəsinə əsasən hazırlanmışdır. Hadisələrin təsvirini həmin proseslərin birbaşa şahidi olmuş bank əməkdaşı yazmışdır.
Qeyd edək ki, istehlak krediti götürən istənilən şəxsə könüllü olaraq bank tərəfindən həyat sığortası təklif olunur. Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























