Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
"Olivea" standartlara tam uyğundur.MDB, Mərkəzi Avropa və Cənub-Şərqi Asiya regionlarında ən böyük zeytun bağlarına sahib olan Azərbaycanın “Grand Agro” şirkətinin “Olivea” brendi Rusiya Keyfiyyət Sisteminin (Roskaçestvo) testlərində yüksək nəticə ilə seçilib.
“Roskaçestvo”nun istehlakçı portalında və “Kommersant”da dərc olunan məlumata görə, brend “extra virgin” adı ilə satılan zeytun yağları arasında ən yüksək keyfiyyət göstəricilərindən birini nümayiş etdirib.
Rusiya Keyfiyyət Sistemi tərəfindən aparılan geniş laborator analizlər zamanı yağların tərkibi, turşuluq səviyyəsi, saxtalaşdırılma ehtimalı və dad-aroma xüsusiyyətləri qiymətləndirilib. "Olivea" təbii tərkibi və real “extra virgin” standartlarına tam uyğunluğu ilə seçilib.
“Kommersant” nəşrinin məlumatına görə, araşdırmada iştirak edən bir çox məhsullarda etiketlə tərkib arasında uyğunsuzluqlar aşkarlanıb. Bu qiymətləndirmədə “Olivea” lider markalarla eyni səviyyədə yer alıb.
“Grand Agro”nun geniş zeytun bağçılığı infrastrukturu istehsalda yüksək keyfiyyətli xammalın davamlı şəkildə təmin olunmasına imkan verir ki, bu da “Olivea” brendinin keyfiyyət göstəricilərinə birbaşa müsbət təsir göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























