“Regional Su Meliorasiya Xidməti”nə icrası məcburi olan göstəriş verildi - "Keyfiyyəti artırın, qanuni tarifləri tətbiq edin"
“Regional Su Meliorasiya Xidməti”mə bütün ölkə ərazisində su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində su təchizatında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Bu barədə Marja-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müxtəlif təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata keçirir.
Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib. Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.
İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.
Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.
Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik (AİBNDA) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















