Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Bankların kredit portfeli 2024-cü ilin oktyabr ayında 1,4% artmışdısa, 2025-ci ilin oktyabr ayında 0.4% artıb. 2025-ci ilin sentyabr ayında isə artım tempi 2% təşkil etmişdi.Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.
Marja.az bülletenə istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29 milyard 403.9 milyon manat olmuşdur.
31 Oktyabr 2025-cüiil tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 623.4 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 232.4 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.1 milyon manat).
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin oktyabr ayında bankların kredit portfeli 1.4% və ya 374.6 milyon manat artaraq 27 milyard 80.5 milyon manat olmuşdu.
31 Oktyabr 2024-cü il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 628.1 milyon manat);
ıı) istehlak kreditləri – 30.6% (8 milyard 277.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 174.6 milyon manat)
2025-ci ilin Sentyabr ayında bankların kredit portfeli 2% və ya 571.4 milyon manat artaraq 29 milyard 276.3 milyon manata çatmşdı.
30 Sentyabr 2025-ci il tarixinə kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15 milyard 544.6 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 183.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.2 milyon manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
35 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
1 saat əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Ən çox oxunanlar
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti



















