Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil etmişdir.
Marja.az Mərkəzi Bankın staristikasına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artmışdır. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 33 d. əvvəl
-
39 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
Ən çox oxunanlar
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər





















