"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
Milli Depozit Mərkəzi (MDM) emitentlər üçün elektron kabinet yaradılmasını, elektron çıxarışlar verilməsini, investor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyir.
Bnu MDM-in İdarə Heyətinin üzvü Ramin Nurəhmədov Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
"Klirinq funksiyalarına gəldikdə isə nəzərinizə çatdırmaq istərdim ki, hazırda tənzimlənən bazarda "Bakı Fond Birjası" QSC-nin təqdim etdiyi bütün ticarət əməliyyatları üzrə klirinq prosedurunu (öhdəliklərin təyin edilməsi) MDM aparır. Mövcud vəziyyətdə qiymətli kağızlar üzrə hesablaşmaları MDM, investisiya şirkətləri üzrə hesablaşmaları bu sahədəki agentlər, onlar arasındakı hesablaşmaları isə Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirir.
Qəbul edilmiş inkişaf strategiyasına uyğun olaraq gələcəkdə kapital bazarında qiymətli kağızlarla aparılmış əməliyyatlar üzrə maliyyə xidmətlərinin göstərilməsi və vahid hesablaşma agenti funksiyalarının həyata keçirilməsi nəzərdə tutulub. Bütün hesablaşmaların mərkəzləşdirilmiş qaydada aparılması planlaşdırılır", - deyə o qeyd edib.
R. Nurəhmədov bildirib ki, bu istiqamətdə ilk növbədə beynəlxalq təcrübə təhlil edilib, mərkəzləşdirilmiş klirinq institutların təcrübəsi öyrənilib: "Belə ki, əksər ölkələrdə (Türkiyə, Qazaxıstan, Rusiya) vahid mərkəzləşdirilmiş klirinq təşkilatları həm qiymətli kağızlar, eyni zamanda pul hesablaşmalarını icra edir, ticarət limitlərini təyin edir".
O əlavə edib ki, AMB-nin dəstəyi və tövsiyəsinə uyğun olaraq Vahid Hesablaşma Modeli kapital bazarının iştirakçıları ilə bir neçə dəfə müzakirə edilib və onların bu istiqamətdə rəyləri və təklifləri alınıb:
"Belə ki, gələcəkdə Vahid Hesablaşma Modelinin tətbiqi ticarətöncəsi öhdəlikləri mərkəzləşdirilmiş şəkildə təşkil etməyə imkan verəcək, bu da öz növbəsində, əməliyyatların icrasında etibarlılığı və hesablaşma prosesinin səmərləiyini artıracaq. Modelin tətbiq üzrə formalaşdırlacaq maliyyə modulu depozitar sisteminə inteqrasiya ediləcək və MDM üzvlərinə tam APİ vasitəsi ilə qoşulmasına imkan verəcək. Bu əhəmiyyətli dəyişilkilərin edilməsi yalnız zəruri testləşdirmə işlərin tamamlanması maliyyə modulunun depozitar sistemi ilə tam inteqrasiya edilməsindən sonra mümkün olacaq".
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















