Şəmkirdə dəmir ilə bağlı zavod tikiləcək - İlkin müzakirələr aparılıb
Bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub.“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik, emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir.
Marja xəbər verir ki, görüş çərçivəsində tərəflər Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb.
Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar.
Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, “Azerbaijan Metal Company” DDF MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir. Qeyd edək ki, Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























