Zəngilanın Məmmədbəyli kəndi “AS İnşaat” tərəfindən müasir standartlarla tikilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinin açılış mərasimi keçirilib. Kəndə köç edəcək ilk sakinlərə mənzillərin açarları təqdim edilib. Böyük iftixarla qeyd edirik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının növbəti mərhələsi çərçivəsində Məmmədbəyli kəndində aparılan yenidənqurma işləri “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən uğurla həyata keçirilib.
Marja xəbər verir ki, bu, “AS İnşaat” MMC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, layihənin icrasına 2024-cü ilin may ayında başlanılıb. Ümumilikdə 51,6 hektar ərazidə 188 fərdi yaşayış evi və 2 inzibati bina inşa edilib. Fərdi yaşayış evlərindən 149-u birmərtəbəli, 39-u isə ikimərtəbəlidir. Evlərin layihələnməsi otaq sayına görə bölünüb: 39 ikiotaqlı, 55 üçotaqlı, 55 dördotaqlı və 39 beşotaqlı ev inşa olunub. Hər bir evin 12 sot həyətyanı sahəsi və köməkçi tikilisi mövcuddur.
Kənddə çoxfunksiyalı iki qeyri-yaşayış binası da tikilib. İnzibati binaların, istinad divarlarının və keçidlərin üzərində zövqlə işlənmiş rəsmlər çəkilərək kəndin ümumi görünüşünə estetik dəyər qatılıb.
Məmmədbəyli kəndində müasir kommunikasiya infrastrukturu yaradılıb. Buraya yol və səki örtüyü, içməli su və suvarma xətləri, məişət kanalizasiya sistemi, qaz xətləri və 35 kV-luq yüksək gərginlikli kabel xətləri daxildir. Ərazidə 185 işıq dirəyi, 4 ədəd 1000 kV-luq transformator, 34 su quyusu quraşdırılıb.
Hər bir evdə otaq sayına uyğun olaraq 4-6 ədəd 550 Vt-lıq günəş paneli yerləşdirilib. Kənddə yüksəksürətli internet təmin etmək məqsədilə fiber optik kabellər çəkilib. Nəticədə, bütün evlər və inzibati binalar su, işıq, qaz və internetlə tam təmin olunub.
Kənddaxili yollar salınıb, asfaltlanıb və yol nişanları quraşdırılıb. Uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün səkilərdə panduslar inşa edilib. Ərazidə yaşıllıq zonası salınıb, ağaclar əkilib və geniş abadlıq işləri aparılıb.
Kəndin mərkəzində tarixi motivləri əks etdirən səkkizguşəli prizmadan ibarət su bulağı inşa olunub. Bulağın dizaynı 1305-ci ildə Məmmədbəyli kəndində Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə tikilmiş türbədən ilhamlanaraq hazırlanıb.
Məmmədbəyli kəndi Zəngilan şəhər mərkəzindən 16 km məsafədə yerləşir və Ağalı “Ağıllı kənd”i ilə iki zolaqlı tunel vasitəsilə birləşdirilib. Kəndlər arasında inşa olunan bu tunel iqtisadi səmərəliliyin və sosial rahatlığın artırılmasına xidmət edir.
Bunun sayəsində Məmmədbəyli kəndinin sakinləri 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə Sağlamlıq Mərkəzindən, eləcə də məişət xidməti obyektlərindən, xidmət mərkəzindən, apteklərdən, bazar kompleksindən və 5 zonalı parkdan rahatlıqla istifadə edə biləcəklər.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ





















