Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO
Sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı keçirilən 19-cu IEEE Beynəlxalq “Application of Information and Communication Technologies” (“AICT 2025”) konfransında azərbaycanlı məktəblinin də əməyinin olduğu təqdiqat təqdim edilib.
Beynəlxalq konfrans BƏƏ-nin UAE, Azərbaycanın ADA, İtaliyanın Politecnico di Torino və ABŞ-nin George Washington universitetləri tərəfindən birgə təşkil olunub.
Konfrans çərçivəsində çıxışlar, təlimlər və elmi təqdimatlar baş tutub. Təqdim olunan məqalələr informasiya və kommunikasiya texnologiyalarının ən son yeniliklərini, nəzəri və praktiki yanaşmalarını, standartlarını və tətbiqlərini əhatə edib.
“AICT 2025” in məqsədi elm adamlarını, tədqiqatçıları, proqram arxitektlərini və sənaye nümayəndələrini bir araya gətirərək növbəti nəsil informasiya texnologiyaları və xidmətləri üzrə innovativ ideyaların və yeni trendlərin müzakirəsini təmin etmək olub. Bu il də süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi, təhsil və səhiyyədə İKT tətbiqləri kimi 80-dən çox mövzu üzrə sessiyalar keçirilib.
Adı çəkilən konfransda ADA Universitetinin İnformasiya Texnoogiyaları və Mühəndislik fakültəsi ilə və “MegaSec AI Laboratory” tərəfindən aparılmış birgə tədqiqat işi təqdim olunub. Tədqiqat ADA Universitetinin professoru Samir Rüstəmovun rəhbərliyi altında, laboratoriyanın süni intellekt mühəndisi Zaid Rüstəmov və Bakı şəhəri, 132-134 nomrəli liseyin 11-ci İB sinfinin şagirdi və “MegaSec AI Laboratory”nin Süni İntellekt həlləri üzrə təcrübəçisi Mehdi Qasımzadə tərəfindən aparılıb.
Məqalə “Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan” mövzusuna həsr olunub və Azərbaycanın Vergi Məcəlləsi əsasında hüquqi məlumatların daha dəqiq axtarışı və cavabların optimallaşdırılması üçün yeni yanaşmanı təqdim edir.
Tədqiqat nəticəsində təqdim olunan metodologiya sayəsində sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.
Qeyd edək ki, tədqiqatın həmmüəllifi olan 16 yaşlı Mehdi Qasımzadə konfransın ən gənc iştirakçısıdır. Azərbaycanlı məktəblinin yeniyetmə yaşındakı elmi fəaliyyəti beynəlxalq konfransın iştirakçıları tərəfindən də maraqla qarşılanıb. Onun elmə, süni intellekt sahəsinə və tədqiqat fəaliyyətinə olan marağı və bacarığı sayəsində beynəlxalq konfransda iştirakı böyük uğur kimi qiymətləndirilib.
Məlumat üçün onu da bildirək ki, Mehdi Qasımzadə 2023-cü ilin 5-8 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş “Pangea math world” beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit























