Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir
Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların mövcud dövlət proqramlarından istifadə imkanları müzakirə edilibAbşeron Ticarət Mərkəzi kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət-özəl tərəfdaşlığını gücləndirir. Ticarət Mərkəzi yeni imkanlarla bağlı sahibkarların rəyini öyrənməklə yanaşı, dövlətin müvafiq strukturları ilə əməkdaşlıqlar yaradır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ilə görüşdə bizneslərini Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların əldə etdikləri üstünlüklər barədə məlumat verilib və bu sahibkarların mövcud dövlət proqramlarından istifadə imkanları müzakirə edilib.
Bildirilib ki, 300 hektara yaxın ərazidə yerləşən və 1500-dən çox mağazanı bir araya gətirən kompleks sahibkarlara müasir ticarət və logistika şəraiti təqdim edir.
Dövlət qurumu nümayəndələri genişləndirilmiş tikinti bazarı ərazisi ilə yaxından tanış olublar. KOBİA nümayəndələrinə Dərnəgül Tikinti Bazarı ərazisindən buraya köçəcək sahibkarlar üçün yaradılmış əmək mühiti və biznes şəraiti barədə ətraflı məlumat verilib. Öz bizneslərini Abşeron Ticarət Mərkəzinə artıq köçürmüş sahibkarlar burada onlara bizneslərinin inkişafı və dayanıqlılığı üçün daha yaxşı imkanlar təqdim edildiyini bildiriblər.
Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub. Bu şərait sayəsində sahibkarlar bizneslərini təhlükəsiz və dayanıqlı şəkildə inkişaf etdirmək imkanı qazanırlar.
KOBİA nümayəndələri mərkəzdə fəaliyyət göstərən müxtəlif mağazalara baş çəkərək sahibkarlarla görüşüb, onların təcrübə və ehtiyacları barədə fikir mübadiləsi aparıblar.
Abşeron Ticarət Mərkəzi ilə KOBİA arasında əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
10 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















