Alman şirkəti Azərbaycan inşaat bazarında güclənmək niyyətindədir
Almaniyanın Hidroizolyasiya həlləri təklif edən dünyaca məşhur “KÖSTER Bauchemie AG” şirkəti ölkəmizdə öz fəaliyyətini gücləndirmək qərarına gəlmişdir.
“Marja” xəbər verir ki, şirkət, Avqust ayında Azərbaycan və Gürcüstanda İnşaat, Sənaye və Neft-Qaz sahəsində tədarükçü kimi fəaliyyət göstərən “Universal Pro” MMC ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalamışdır.
Portfeldə ölkəmizdə təklif olunacaq həllər aşağıdakı kimidir;
-ECB və TPO, Sintetik hidroizolyasiya membranları,
-MS Polimer əsaslı duru hidroizolyasiya materialları,
-Kauçuk-Bitum əsaslı duru hidroizolyasiya materialları,
-POLİUREA əsaslı iki komponentli hidroizolyasiya materialları,
-Su/içməli su rezervuarları, hovuzlar, çirkab su kanalları və digər su ilə birbaşa təmasda olan məkanlar üçün hidroizolyasiya materialları,
-Sanitar qovşaqlar, açıq teraslar, yaşıl dam və bənzəri tətbiqlər üçün xüsusi həllər,
-Müxtəlif texniki tələblərə uyğun epoksid əsaslı döşəmə örtükləri,
-Lift şaxtası, zirzəmi və bənzəri məkanlarda aktiv su sızıntılarının durdurulması üçün həll sistemləri,
-Təməl pərdə betonlarda, istinad divarlarında çatların təmiri üçün İnyeksiya sistemləri.
Ölkəmizdə inşaat sektorunun inkişafı, yeni texnologiyaların tətbiq olunması ənənəvi hidroizolyasiya metodlarının “dəbdən” düşməsinə yeni həllərin böyük tələb görməsinə səbəb olmuşdur. Bu səbəblə “Universal Pro” MMC layihələrdə doğru həllərin təklif olunması və işlərin beynəlxalq standartlara uyğun görülməsinə dəstək məqsədi ilə bu sahə üçün xüsusi qrup yaratmışdır. Daim seminarlarda iştirak edən, yenilikləri izləyən mütəxəssislərdən ibarət qrup həm layihələndirmə həm tətbiq etmə işlərində müştərilərə dəstək olacaqdır.
“Universal Pro” MMC-dən bildirilən məlumata əsasən, razılaşmanın əldə olunmasında şirkətin məhsullarının beynəlxalq layihələrdəki müsbət reputasiyası böyük rol oynamışdır.
Bu layihələrə misal kimi Pentagon binası, Amsterdam Hava Limanı, Çin Olimpiya Stadionu, Jumeirah Palma Adaları-Dubay və s. kimi ciddi layihələri göstərmək olar.
Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən başlayaraq İnşaat, Sənaye və Neft-Qaz sahəsində ciddi tədarük portfelinə sahib olmaqla yanaşı, “Bosch”, “Magmaweld”, “Norton”, “Force”, “Beta”, “Klingspor”, “Çağsan”, “Netlift”, “Hempel” kimi qlobal şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəlik fəaliyyətini həyata keçirir.
Şirkət, əsasən B2B (korporativ) formatında xidmət göstərir. Lakin, 2 min kvm sahəsi olan “Showroom” tipli mağazası bütün portfelin həm nümayiş etdirilməsinə, həm də fiziki şəxslərə satış edilməsinə imkan verir.
Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555/ 012 447 00 44
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 27 d. əvvəl
-
52 d. əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Maaşa uyğun kredit – Expressbankda
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı















.jpg)



