Azərbaycanda 2 yeni hotel tikilir
Azərbaycanın cənub bölgəsi Lənkəranda iki böyük hotel tikilir. Hotellərdən birinin tikintisini “Paşa Holding” həyata keçirir.
Lənkəran Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, hotel Lənkəranda şəhər mərkəzindən 10 kilometr aralıda, Avtonu qəsəbəsində yerləşir. Qeyd edək ki, yeni hotel keçmiş pansionatın yerində tikilir. Pansionat Sovet dövründə tikilib və 1995-1996-cı illərdən sonra uzun müddət istifadəsiz qalıb.
Məlumata görə, pansionatda 1990-cı illərdə məcburi köçkünlər yerləşdirilib. Lakin hotel tikilməsi ilə əlaqədər həmin ailələr başqa yerlərdə evlə təmin edilirərək köçürülüb.
Lənkəran Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, şəhərin girəcəyində də yeni hotel tikilir. Hotelin “Gilan Holding” tərəfindən tikildiyi bildirildi. Hotelin tikintisinə 2015-ci ildən başlanılıb.
Qeyd edək ki, yeni hotel 5 ulduzlu olacaq. Həmçinin, oteldə regionun ən böyük aquaparkının olacağı bildirilir. Aquaparka eyni vaxtda 600 nəfər daxil ola biləcək.
©Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























