“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
İcbari Sığorta Bürosunun üzvü olmayan sığortaçılar üçün könüllü müqavilələr üzrə “Forma 4” məlumatlarının elektron sorğulanması təmin edilib“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanın genişləndirilməsi və şəffaflığın artırılması istiqamətində tədbirlərini davam etdirir.
Büronun yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış (“Forma 4”) məlumatlarının İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub.
Əvvəllər bu məlumatlara çıxış imkanı yalnız İSB-nin üzvü olan sığortaçılara təqdim edilir və yalnız icbari sığorta müqavilələri ilə məhdudlaşırdı.
Artıq Büronun üzvü olan sığortaçılar “Forma 4” sənədinin məlumatlarını həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, Büronun üzvü olmayan sığortaçılar isə yalnız könüllü sığorta müqavilələri üzrə əldə edə biləcəklər.
Layihənin məqsədi sığorta bazarında məlumat axınının vahid mərkəzdən idarə olunması, araşdırma proseslərinin sürətləndirilməsi və qərarların qəbulunda obyektivliyin artırılmasıdır.
Yeni mexanizm sığorta şirkətləri arasında etibarlı və operativ məlumat mübadiləsini təmin edir, araşdırma prosesini sürətləndirir və insan amilini minimuma endirir.
Eyni zamanda, məlumatların doğruluğunun və məxfiliyinin qorunması üçün müasir texnoloji həllər tətbiq olunur.
Nəticə etibarilə, sektorun məlumat infrastrukturu güclənir, idarəetmə keyfiyyəti yüksəlir və bazarda daha şəffaf, dayanıqlı və rəqəmsal mühit formalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























