“Park Yasamal”da uzunömürlülük və komfort ventilyasiyalı fasadla təmin olunur - "Kristal!"
(®) “Kristal”ın “Park Yasamal” layihəsində ən son tikinti texnologiyalarından biri olan ventilyasiyalı fasad sistemi tətbiq edilir. Bu sistem binanın həm estetik görünüşünü formalaşdırır, həm də onun uzunömürlülüyünü təmin edir.
Ventilyasiyalı fasadın əsas xüsusiyyəti divar ilə üzlük arasında hava boşluğunun olmasıdır. Bu, binanın “nəfəs almasına” imkan verir, rütubət və kifin qarşısını alır. Nəticədə, bina daha davamlı olur, daxili mühitdə rütubət balansı qorunur və sakinlər üçün sağlam yaşayış şəraiti yaradılır.
Sistem həmçinin istilik və səs izolyasiyasını yüksək səviyyədə təmin edir. Qışda mənzillər isti, yayda isə sərin qalır, bu isə kommunal xərclərdə 40%-ə qədər qənaət deməkdir. Şəhərin səs-küylü mühitində belə, sakinlər evlərində sakit və komfortlu atmosferdən zövq alırlar.

Mənzil satışları isə “Park Yasamal”da sürətlə davam edir!
Layihədə 38.15 m²-dən 120,47 m²-ə qədər, 2, 3 və 4 otaqlı, həmçinin studiya tipli mənzillər satışdadır. Mənzillər həm hazır şəkildə, həm də bünövrə mərhələsindən təklif olunur. Bu yanaşma alıcılara büdcələrinə uyğun seçim imkanı və istədikləri mərhələdə investisiya etmə fürsəti yaradır.
Satış şərtləri çox sadədir:
· 20 ilədək ipoteka və ya daxili kredit,
· Cəmi 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi olmaq imkanı!
Yasamal rayonunda yerləşən layihə əlverişli nəqliyyat mövqeyi, məktəb, uşaq bağçası, ticarət və istirahət obyektlərinə yaxınlığı ilə seçilir. Burada sakinlərin rahatlığı üçün həyət infrastrukturu, uşaq oyun meydançaları və geniş yaşıllıq zonası yaradılır.

Beləliklə, “Park Yasamal” layihəsində siz gözəl mənzil sahibi olmaqla yanaşı, həm də etibarlı, enerjiyə qənaətli və müasir yaşayış məkanı əldə edirsiniz.
Layihədə tətbiq edilən bu müasir fasad texnologiyası barədə daha ətraflı:
Ətraflı məlumat və mənzil seçimi üçün *1544 nömrəsinə zəng edə və ya layihənin satış ofisinə yaxınlaşa bilərsiniz.
Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi
*1544
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















