ABŞ "Rosneft" və "Lukoil"u "qara siyahı"ya saldı
ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəni bitirmək üçün rusiyalı həmkarı Vladimir Putin üzərində təzyiqi artırır.
Marja xəbər verir ki, Brent markalı neftin qiyməti 3%-dən çox bahalaşaraq bir bareli 64 dolları keçib, ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı xam nefti isə 60 dollara yaxınlaşıb. Bu artım, ABŞ hökumətinin dövlət nəzarətində olan enerji nəhəngi "Rosneft" və özəl sektor istehsalçısı "Lukoil"u "qara siyahı"ya salmasından sonra baş verib. Vaşinqton bu qərarı Moskvanın “sülhə qarşı istəksizliyi” ilə əsaslandırıb. Yüksək vəzifəli emal şirkəti rəhbərlərinə görə, sanksiyalardan sonra Rusiya neftinin Hindistanın iri emal zavodlarına axını demək olar ki, sıfıra enəcək.
Bu sanksiyalar Tramp administrasiyası üçün bir dönüş nöqtəsi hesab olunur. Belə ki, ABŞ Prezidenti ötən həftə Putinlə yaxın zamanda görüşəcəyini bildirmiş və dəfələrlə Rusiyanın müharibəni bitirmək istədiyinə inandığını vurğulamışdı. Lakin Tramp çərşənbə axşamı açıqlamasında “boşa keçəcək bir görüş” istəmədiyini bildirib.
ING Qrupunun əmtəə strategiyası direktoru Uorren Patterson deyib:
“Bu sanksiyalar Trampın Rusiyaya yanaşmasında bir dəyişiklik deməkdir və gələcəkdə daha sərt addımların atılmasına zəmin yarada bilər. Bu da nəticə etibarilə Rusiya neft axınlarına təsir göstərə bilər.”
Patterson onu da vurğulayıb ki, əsas qeyri-müəyyənlik bu sanksiyaların nə dərəcədə təsirli olacağı və ixracata real olaraq nə qədər zərər vuracağı ilə bağlıdır.
Bu tədbirlərdən sonra Tramp gələn həftə Cənubi Koreyada keçiriləcək görüşdə Çin Prezidenti Si Cinpin ilə görüşərək Çinin Rusiya neftinə alışlarını müzakirə edəcəyini bildirib. Həmçinin ABŞ lideri Hindistanın Baş naziri Narendra Modinin ona ölkəsinin Rusiyadan neft idxalını azaldacağına dair zəmanət verdiyini qeyd edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
ABŞ Maliyyə Nazirliyi:
"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi şəkildə sadiq olmamasına görə əlavə sanksiyalar tətbiq edir.
Bu gün qəbul edilən tədbirlər Rusiyanın enerji sektoruna təzyiqi artırır və Kremlin müharibə "maşını" üçün gəlir toplamaq, həmçinin zəifləmiş iqtisadiyyatını dəstəkləmək imkanlarını azaldır. ABŞ, müharibənin sülh yolu ilə həllini təşviq etməyə davam edəcək və daimi sülh tamamilə Rusiyanın xoş niyyətlə danışıqlar aparmaq istəyindən asılı olacaq. Maliyyə Nazirliyi sülh prosesini dəstəkləmək məqsədilə öz səlahiyyətlərindən istifadə etməyə davam edəcək.
ABŞ Maliyyə naziri Skott Bessent deyib:
“İndi öldürməyə son vermək və dərhal atəşkəsə nail olmaq zamanıdır. Prezident Putinin bu mənasız müharibəni dayandırmaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin müharibə "maşınını" maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə sanksiya tətbiq edir. Əgər zərurət yaranarsa, Maliyyə Nazirliyi Prezident Trampın daha bir müharibəyə son qoymaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırdır. Müttəfiqlərimizi bu sanksiyalara qoşulmağa və onlara riayət etməyə çağırırıq.”
Bu günkü qərar Rusiyanın iki ən böyük neft şirkətini – “Rosneft Neft Şirkəti” ASC (Rosneft) və “Lukoil” ASC (Lukoil)-i hədəf alır. Bu şirkətlər artıq sanksiya siyahısına daxil ediliblər.
Rosneft — neft, təbii qaz və neft məhsullarının kəşfiyyatı, hasilatı, emalı, nəqli və satışı üzrə ixtisaslaşmış şaquli inteqrasiya olunmuş enerji şirkətidir.
Lukoil isə Rusiyada və beynəlxalq səviyyədə neft və qazın kəşfiyyatı, hasilatı, emalı, marketinqi və paylanması ilə məşğuldur.
Rosneft və Lukoil, Rusiya Federasiyasının iqtisadiyyatının enerji sektorunda fəaliyyət göstərdiklərinə görə, İcra Sərəncamı 14024-ə əsasən sanksiya siyahısına daxil ediliblər.
Bundan əlavə, OFAC Rusiyada yerləşən Rosneft və Lukoil-in bir sıra törəmə şirkətlərini də sanksiya siyahısına salır — bu şirkətlərin siyahısı aşağıdakı Əlavə 1-də təqdim olunub. Rosneft və Lukoil tərəfindən birbaşa və ya dolayı yolla 50% və ya daha çox paya sahib olduqları bütün qurumlar, OFAC tərəfindən ayrıca adları çəkilməsə belə, İcra Sərəncamı 14024-ə əsasən bloklanır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 d. əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
1 saat əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
-
1 saat əvvəl
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 17-də gözlənilən hava şəraiti
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ən çox oxunanlar
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
İrşad-da “Yaşıl Günlər” başladı!
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub


















.jpg)




.jpg)
