Yusif Cabbarov: Kardesa layihəsi regionda innovativ və iqtisadi inkişafa töhfə verəcək
Avropa ilə Asiyanı birləşdirəcək Qara dəniz sualtı kabel çəkiləcək. Ümumi investisiya həcmi 100 milyon avrodan çoxdur.NEQSOL Holding-in tərkibinə daxil olan Vodafone Ukrayna şirkəti Vodafone Group ilə birgə Avropa ilə Asiyanı birləşdirəcək yeni, yüksək tutumlu Qara dəniz sualtı kabel sisteminin inşasına başlayacaq.
Kardesa adlanan sualtı kabel sistemi Bolqarıstanı, Türkiyəni, Gürcüstanı və Ukraynanı birləşdirməklə bölgədə rəqəmsal marşrutların müxtəlifliyini gücləndirəcək. Tikinti işləri tamamlandıqdan sonra bu sistem region ölkələrində istifadəçilər üçün internetin etibarlılığını, dayanıqlılığını və sürətini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin investisiyaların cəlb edilməsinə və rəqəmsal iqtisadiyyatın sürətli inkişafına töhfə verəcək.
İlk qoşulmanın 2027-ci ildə Bolqarıstanda həyata keçirilməsi planlaşdırılır, daha sonra isə Türkiyə, Gürcüstan və Ukraynada bağlantıların qurulması nəzərdə tutulur. Ukrayna ərazisində tikinti işləri yalnız beynəlxalq səviyyədə tanınmış təhlükəsiz zonalarda aparılacaq.
Ümumi investisiya həcmi 100 milyon avrodan çox olan layihə yüksək tutumlu sualtı texnologiyalar sahəsində dünya lideri olan Xtera şirkəti tərəfindən həyata keçiriləcək. Kardesa sistemi Qara dəniz regionuna saniyədə 500 terabitdən çox ötürmə qabiliyyəti ilə 5G, süni intellekt (AI), striminq xidmətləri və Əşyaların İnterneti (IoT) kimi texnologiyaların genişlənməsi şəraitində sürətlə artan qlobal internet tələbatını qarşılamağa imkan verəcək.
Hazırda sualtı kabel sistemləri beynəlxalq internet trafikin təxminən 97–98%-ni təmin edir, bu isə hər yeni marşrutu qlobal rəqəmsal iqtisadiyyatın dayanıqlılığı üçün son dərəcə vacib edir.
"Kardesa layihəsi daha dayanıqlı və sürətli bağlantıya malik rəqəmsal gələcəyin qurulması istiqamətində mühüm addımdır. Avropa və Asiyanı yeni nəsil infrastruktur vasitəsilə birləşdirən bu təşəbbüs Qara dəniz regionunda innovasiyaların, ticarətin və iqtisadi artımın təməlini möhkəmləndirir. Biz Vodafone Group ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu layihənin bizim texnoloji inkişaf və dayanıqlı rəqəmsal əlaqələrin genişlənməsinə yönəlmiş missiyamıza tam uyğun olduğunu düşünürük”, – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. İnnovasiyalar və məsuliyyətli investisiya strategiyasına əsaslanaraq, NEQSOL Holding uzunmüddətli dəyərin davamlı yaradılmasını təmin edir və fəaliyyət göstərdiyi bazarların inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























