Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsinin sürətləndirilməsi, yeni sahələrin icarəyə cəlb edilməsi və dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu çərçivədə 2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 368 müraciət daxil olub. Bunlardan 88-i torpaq sahələri, 280-i isə qeyri-yaşayış sahələri ilə bağlı olub.
Nəticədə 63 torpaq sahəsi və 113 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqaviləsi bağlanıb, 131 müqavilənin isə müddəti uzadılıb.
Cari ilin 9 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 220 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 274,2 min manat olmaqla, ümumilikdə 494,2 min manat vəsait ödənilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,6 faiz artım deməkdir.
Naxçıvanda 9 ayda 53 hərrac keçirilib
Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında keçirilən hərraclar davam etdirilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən cari ilin ilk doqquz ayında 53 hərrac təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, keçirilən hərraclarda 8 nəqliyyat vasitəsi, 21 bələdiyyə torpağı, 2 fərdi ev, 8 qeyri-yaşayış sahəsi, 1 mənzil, 2 yer təki və 11 adda xammal və material satılıb.
Naxçıvanda 9 ayda 8 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 7 min 733 daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb. Qeydiyyata alınan əmlaklar arasında qeyri-yaşayış binaları, fərdi yaşayış və bağ evləri, həmçinin əmlak kompleksi kimi müəssisələr yer alıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
2025-ci ilin ilk 9 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,7 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 min manat və ya 7,1 faiz artım deməkdir.
Bundan əlavə, cari ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 5,4 mindən artıq elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2 faiz artım deməkdir.
Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib
2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 70 dövlət əmlakı özəlləşdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,1 milyon manat daxilolma əldə olunub, bunun 819 min manatı muxtar respublika büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 143 çıxarış verilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
49 d. əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 11 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























