Azərbaycanda 9 ayda "yaşıl" enerji istehsal artıb
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2025-ci ilin 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 12,1 mln. kVt·st, yəni 0,1 % artaraq 21 798,7 mln. kVt·st olub.
Bu dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə 2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə 724,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3139,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 520,7 mln. kVt·st (İES-lərdə 17 070,6 mln. kVt·st, SES-lərdə 2 401,1 mln. kVt·st, GES-lərdə 49,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 256,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























