“PAŞA Bank” Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 14–16 oktyabr 2025-ci ildə “Iteca Caspian” tərəfindən təşkil olunan 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində çıxış edib.
Bakı Ekspo Mərkəzində keçirilən və regionun inşaat sənayesində ən nüfuzlu platformalardan biri olan sərgi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirib.
Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində beş iri sərgi eyni anda baş tutub:
- BakuBuild – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
- Rebuild Karabakh – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi
- Aquatherm Baku – 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi
- Plastex Caspian – 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi
- Road & Traffic – 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Rəsmi bank tərəfdaşı qismində “PAŞA Bank” öz maliyyə həllərini, biznes üçün dəstək xidmətlərini və innovativ rəqəmsal məhsulları barədə ziyarətçilərə məlumat verib. Bank təmsilçiləri həmçinin B2B formatlı görüşlər keçirərək şirkətlərə potensial əməkdaşlıq imkanları və layihə maliyyələşdirməsi üzrə fərdi məsləhətlər təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























