Bank “BTB” maliyyə göstəricilərini açıqladı
Bank “BTB” 2025-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bank “BTB”nin yaydığı press-relizdə bildirilir ki, bankın xalis əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 4.5 mln manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 10.2 milyon manat, qeyri-faiz gəlirləri 33% artaraq 5.7 milyon manat təşkil etmişdir.
Bankın 9 ay üzrə xalis mənfəəti isə 2.3 milyon manata çatmışdır. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri üzrə 2.8 milyon manat xərc yaranmışdır.
2025-ci ilin III-cü rübünün sonuna Bankın məcmu kapitalı 53.3 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.8 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025 –ci ilin 9 ay ərzində 118 vətəndaşa 12.2 milyon manat məbləğində Adi və Güzəştli ipoteka krediti rəsmiləşdirilmişdir.
Bankın ani likvidlik əmsalı isə 153% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 5 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
- 3 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın bahalaşması yenidən sürətlənib
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı






















.jpg)



