“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR
“PAŞA Holding”in təşkilatçılığı ilə təşkil olunan iki gün davam edəcək sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələrinə toxunulur.
“INMerge” Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir. Sammit 5,000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.
Bu ilki proqram fintex və məsuliyyətli bankçılıqdan tutmuş data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz əsas istiqaməti əhatə edir. Bu gün ərzində “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi tanınmış qlobal fikir liderləri biznes və texnologiyanın gələcəyini formalaşdıran fikirlərini bölüşüblər.
Açılış mərasimində dövlət rəsmilərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, və “PAŞA Holding”in innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva çıxış eidblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açması, insan kapitalının bilik və bacarıqlarını artırması ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Sammitin innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrildiyini vurğulayıb.
Nazir Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində əldə olunan uğurları qeyd edib. Bildirilib ki, məhz bu istiqamətdə atılan addımlar nəticəsində son 20 ildə ölkəyə 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge” Sammitini "Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu" adlandıraraq, tədbirin regional əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, son beş ildə “INMerge” kiçik bir korporativ tədbirdən bölgənin müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən böyük tədbirə çevrilib.
Cəlal Qasımovun sözlərinə görə, sammit iştirakçılara ilham verməklə yanaşı, təhsil və bilik mübadiləsi baxımından da əhəmiyyətlidir: “Dünya heç vaxt indiki qədər sürətlə dəyişməyib. Belə bir mühitdə öyrənməyə açıq olmaq, maraqlı qalmaq və “öyrənilmişləri unudub yenidən öyrənmək” bacarığı həyati əhəmiyyət daşıyır. Təşkilatlar və fərdlər resurs və ya ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar,” – deyə o qeyd edib.
Birinci günün son panel müzakirəsi biliyin milli inkişafa çevrilməsinin əhəmiyyətinə həsr olundu. Elm və təhsil naziri Emin Əmrullayev, “PAŞA Holding”in baş icraçı direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xana təhsilin sahibkarlığı təşviq etməsi, innovasiyaları hərəkətə gətirməsi və davamlı milli inkişafa töhfələrin verməsi barədə fikirlərini bölüşüblər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq




















