2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tikinti sektorunda hökumət təşəbbüsləri sayəsində böyük artım gözlənilir.
Marja xəbər verir ki, qlobal əmlak konsaltinq şirkəti "Knight Frank"ın “2025 UAE Construction Landscape Review” hesabatına əsasən, ölkədə tikinti sahəsində illik istehsal həcmi 2029-cu ilə qədər 130,8 milyard dollara çatacaq.
BƏƏ-də tikinti istehsalının ümumi dəyəri sabit şəkildə artmaqdadır. 2024-cü ildə rekord həddə – 107,2 milyard dollara çatan istehsal həcminin 2029-cu ilə qədər hər il orta hesabla 4% artması proqnozlaşdırılır.
Tikinti layihələri əsas sektordur
Hazırda BƏƏ-də planlaşdırılan layihələrin 62%-i tikinti sektorunun payına düşür. Bu göstərici nəqliyyat (12%), enerji (7%) və su layihələrini (5%) üstələyir. Tikinti portfelində ən böyük payı qarışıq istifadə üçün nəzərdə tutulan layihələr (42%), yaşayış təyinatlı daşınmaz əmlakı (28%), data mərkəzləri (9%) və mehmanxanalar (4%) təşkil edir.
Dubayda yüksək səviyyəli layihələr
2025-ci ilin ikinci rübünə görə, fərdi yaşayış yaşayış evlərinin tikintisi xərcləri adi villalar üçün 1 kv.m üzrə 4200 BƏƏ dirhəmi (AED) (cari məzənnə ilə 1943 manat), premium villalar üçün isə 11 000 dirhəmə (cari məzənnə ilə 5090 manat) qədər dəyişir. Mənzillərdə bu göstərici kv.m üzrə 4300–9500 dirhəm (1990-4397 manat) arasında dəyişir. Kommersiya binalarının tikintisi xərci isə 1 kv.m üçün 5500–7300 dirhəm (2545 - 3378 manat) təşkil edir.
Knight Frank-ın tədqiqatına əsasən, Dubayda yaxın illərdə Palm Jebel Ali, The Oasis by Emaar, Marsa Al Arab, Therme Dubai, Naia Island, Venice at DAMAC Lagoons, Parkwood və Address Residences (Dubai Hills Estate) kimi iri layihələr reallaşdırılacaq. Bundan əlavə, Dubay metrosunun Blue Line xəttinin 15 km-lik yeni hissəsi 2029-cu ilə qədər istifadəyə veriləcək.
Əsas iqtisadi təşəbbüslər
Knight Frank-ın MENA üzrə araşdırma rəhbəri Faysal Durrani bildirib ki, BƏƏ tikinti sektoru iqtisadi diversifikasiya, turizm və strateji infrastruktur layihələri hesabına güclü artım dövrünü yaşayır.
2020–2025-ci illər arasında BƏƏ-də bağlanan tikinti müqavilələrinin ümumi dəyəri 280,9 milyard dollar təşkil edib. Bunun 151 milyard dolları Abu Dabinin, 129,9 milyard dolları isə Dubayın payına düşüb. Dubayda layihələrin 75%-i tikinti ilə bağlı olduğu halda, Abu Dabidə əsas üstünlük hələ də neft-qaz sektoruna (40%) verilir.
Əhali artımı və yaşayış sektoru
Dubayda əhali 2020-ci ildəki 3,4 milyondan 2040-cı ilə qədər 5,8 milyona çatacaq. Bu isə yaşayış sektoruna tələbi gücləndirəcək. Hazırda 8,2 milyon kv.metr ofis sahəsi inşa edilir və 2028-ci ilə qədər təhvil veriləcək. Lakin tələbin təklifi üstələyəcəyi gözlənilir.
Abu Dabidə də 2025-ci ilin ilk yarısında 890 mənzil istifadəyə verilib, əlavə 33 min mənzilin isə 2029-cu ilə qədər təhvil verilməsi nəzərdə tutulur.
Dövlətin şəhərsalma layihələri
BƏƏ hökuməti ağıllı şəhər konsepsiyası, enerji səmərəliliyi və yaşıl tikinti standartlarını sürətlə tətbiq edir. Abu Dabidə elan olunan Marhaba City layihəsi 10 milyon kv.m ərazidə yaşayış, kommersiya və əyləncə obyektlərini birləşdirəcək.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















