Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi
(®) Epoint Inc. və DataPay şirkətləri birgə əməkdaşlıq çərçivəsində bizneslər üçün tam rəqəmsal formada kassa aparatı sifarişi funksionallığını istifadəyə verdilər. Bu yeni xidmət sahibkarlara ofisdən çıxmadan, sadəcə Epoint platforması üzərindən kassa aparatını sifariş etməyə, onu rəqəmsal imza ilə təsdiqləməyə və bütün prosesi onlayn şəkildə idarə etməyə imkan verir.
Layihə, E-kassa operatoru olan DataPay şirkətinin texnologiya tərəfdaşlığı ilə həyata keçirilir.
Xidmət necə işləyir?
● Biznes sahibi epoint.az platformasına daxil olur,
● Kassa aparatını onlayn formada sifariş edir və statusu izləyir,
● Avadanlıq 1 iş günü ərzində ünvana çatdırılır və təhvil verilir,
● Çatdırılma aktı rəqəmsal imza ilə təsdiqlənir,
● Aylıq ödənişlər Epoint vasitəsilə həyata keçirilir,
● Kassa əməliyyatları platformadan izlənilir və idarə olunur.
Xidmətin üstünlükləri
● Fiziki sənəd imzalamağa və ofisə getməyə ehtiyac yoxdur,
● Kassanı bank kartları, Apple Pay, Google Pay, taksit kartları, m10, Epul, Portmanat, Birbank və digər mobil cüzdanlarla ödəmək imkanı,
● Aylıq ödənişlərin avtomatik aparılması və lisenziyanın avtomatik yenilənməsi,
● Kassa əməliyyatlarına dair hesabat və analitik nəzarət,
● Çevik sifariş, sürətli çatdırılma, rəqəmsal təsdiq.
Kampaniya: 1 ay müddətinə endirim!
Yeni texnoloji həllərin tətbiqi çərçivəsində məhdud müddətli kampaniya həyata keçirilir:
● Kassanı 50% endirimlə tam rəqəmsal şəkildə sifariş et,
● Aylıq xidmət haqqı cəmi 10 AZN,
● Ödənişləri 6 ayadək taksit kartları ilə aparmaq imkanı.
“Bizneslərin rəqəmsallaşma prosesini daha da asanlaşdırmaq üçün bu funksiyanı yaratdıq. Məqsədimiz texnologiyanı sadələşdirmək və sahibkarlar üçün maksimum rahatlıq təmin etməkdir. Bu xidmət vasitəsilə hər bir sahibkar kassanı bir kliklə sifariş edə, bir gün ərzində təhvil alaraq dərhal fəaliyyətə başlaya bilər”, - deyə Epoint Inc. və DataPay şirkətlərinin rəhbəri Zeynal Kərimzadə bildirib.
Ətraflı məlumat üçün:
https://epoint.az
+99470 242 99 66
[email protected]
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
23 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
37 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"



















