Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyasının açılışı olub
Yeni etalon laboratoriyalarının yaradılması ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, yeni metodların tətbiqi, metroloji xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədini daşıyır.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkədə metroloji infrastrukturun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənmələri və ilkin nəmlik ölçmələri üzrə 7 yeni laboratoriyanın açılışı olub.
Agentliyin yaydığı məlumatda bildirilir ki, açılış mərasimində ilk olaraq AzMİ-nin nəzdində fəaliyyət göstərən etalon laboratoriyalarının imkanlarını və tətbiq sahələrini əhatə edən videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun, Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının rəhbəri prof. Orhan Aydının, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyevin, Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin, Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezidenti, Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNİM) direktoru Lazizbek Saidoripovun və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Dos. Mustafa Çetintaşın çıxışları dinlənilib.
Çıxışlar zamanı Azərbaycanda metroloji infrastrukturun gücləndirilməsi, o cümlədən metrologiya sahəsində innovativ texnologiyaların tətbiqi və yeni metodların işlənməsinin strateji əhəmiyyəti barədə məlumat verilib. Həmçinin AzMİ-də qurulan müasir laboratoriya şəbəkəsinin beynəlxalq standartlara uyğun və qabaqcıl avadanlıqlarla təchiz edildiyi diqqətə çatdırılıb. Bu laboratoriyaların sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi araşdırmalar, eyni zamanda ölkələrarası əməkdaşlıq üçün önəmli platforma olduğu vurğulanıb. Habelə gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və elmi-tədqiqat layihələrinin reallaşması üçün yaradılacaq imkanlardan bəhs olunub.
Məlumat üçün bildirilib ki, Fotometrik ölçmələri laboratoriyasında işıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazların kalibrlənməsi, Dalğa uzunluğu ölçmələri laboratoriyasında uzunluq vahidi olan metrin reallaşdırılması və ölkəmizdə izlənilmə zəncirinin təmin olunması, Xətti-bucaq ölçmələri laboratoriyasında uzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinə dəqiq ötürülməsi, Sərtlik ölçmələri laboratoriyasında isə metallurgiya, maşınqayırma, aviasiya və sənayedə istifadə olunan materialların sərtlik cihazlarının yoxlanması və kalibrlənməsi həyata keçiriləcək. Qüvvə ölçmələri laboratoriyasında müvafiq sahədə cihazların kalibrlənməsi ilə yanaşı, beynəlxalq izlənilməsi, Elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksək gərginlik xətləri və mobil telekommunikasiya operatorlarına məxsus baza stansiyalarının yaratdığı elektromaqnit çirklənmənin ölçülməsi və ətraf mühitə təsirin azaldılması, İlkin nəmlik ölçmələri laboratoriyasında kimya, əczaçılıq, qida, səhiyyə və digər sahələrdə istifadə olunan nəmlik ölçmə cihazlarının yoxlanılması və kalibrlənməsi ilə bağlı işlər görüləcək.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-də yeni laboratoriya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq, ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi həyata keçiriləcək. Artıq bu məqsədlə ötən ilin noyabrında TÜBİTAK UME ilə birgə layihə çərçivəsində həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 yeni etalon laboratoriyasının açılışı baş tutub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib




















