8 ayda dövlət büdcəsindən 202 milyon manatdan çox vəsait geri qaytarılıb
2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindən 202 milyon 30,6 min manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, geri qaytarılan vəsaitin 6 milyon 944,9 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin qaytarılmasına aiddir. Bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.
Fiziki şəxs olan istehlakçılara isə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlərə, pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınan mallara və xidmətlərə görə ödənilən ƏDV-nin 124 milyon 683,2 min manatı geri ödənilib.
Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 51 milyon 584,7 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
44 san. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı



















