Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar. Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala bilərsiniz.
Dələduzlar daha çox hansı üsullardan istifadə edirlər?
- Özlərini bank əməkdaşı kimi təqdim edib sizi “məlumat dəqiqləşdirməyə” çağırırlar;
- Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu istəyirlər;
- “Balansınızda problem var”, “Kartınız bloklanacaq”, “Pul köçürülüb, təsdiqləyin” kimi təlaş yaradan mesajlar göndərirlər;
- Yalan kampaniyalarla sizi “hədiyyə qazandınız” deyə aldadaraq, linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.
Unutmayın:
· Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
· Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız bankın rəsmi səhifələrindən alın;
· Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli müraciətə cavab verməyin;
· Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
· Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə saxlayın.
Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız yalnız sizə məxsusdur!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 22 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib















.jpg)


