"Monetri" BOKT "TBC Kredit" BOKT-ı satın alıb
Mikro maliyyə sektorunun iki əsas iştirakçıları olan "Monetri" BOKT (keçmiş PSG Finans) və TBC Kredit BOKT-un əldə edilməsi üzrə müqavilə imzalanıb.
"Monetri" BOKT-ın yaydığı məlumatda bildirilir ki, "TBC Bank" (Gürcüstan) tərəfindən "TBC Kredit" BOKT "Monetri" BOKT-a satılıb. 29 iyul 2025-ci il tarixdə Tbilisi şəhərində TBC Bank Gürcüstanın Baş Direktoru Vaxtanq Butsxiridze və Monetri BOKT-un Müşahidə Şurasının üzvü Yusif Abdullayev arasında səhmlərin alqı-satqısı üzrə müqavilə imzalanmışdır.
TBC Kredit isə 1999-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və mikromaliyyə bazarının ilk iştirakçılarından və yaradıcılarından biri hesab olunur. 2013-cü ildən etibarən ölkədə fəaliyyət göstərən "Monetri "BOKT 25 milyonluq aktivlərinin həcminə görə mikromaliyyə bazarında öncül mövqelərdən birini tutmaqdadır. Bu iki BOKT-un aktivlərinin birləşməsi nəticəsində Monetri BOKT MMC mikro maliyyə sektorunda təxminən 40 milyon manata yaxın aktiv portfeli ilə fəaliyyət göstərəcək və bazar payını əhəmiyyətli dərəcədə artıracaqdır.
Birləşmənin əsas məqsədi resursların birləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu addım həmçinin regionlarda daha geniş maliyyə əlçatanlığı təmin edəcək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, birləşmiş komanda təcrübə və peşəkarlıq baxımından mikro maliyyə sektorunda güclü sinerji yaradaraq innovativ məhsul və xidmətlərin inkişafına təkan verəcəkdir.
TBC Kredit müştəriləri kredit öhdəliklərini rahat şəkildə TBC Kreditin baş ofisinə və ya Monetri BOKT-un bütün filial və nümayəndəliklərinə yaxınlaşaraq yerinə yetirə və kreditlərini yeniləyə bilərlər.
Həmçinin bu yanaşma birləşmədən sonra müştəri məmnuniyyətini qorumağa və xidmətlərin fasiləsizliyini təmin etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























