Maliyyə nəhəngi qızılın qiyməti üzrə proqnozlarını yüksəltdi
İsveçrənin maliyyə nəhəngi UBS qlobal bazarlarda qızıl qiymətlərinə dair proqnozlarını yeniləyib. Marja xəbər verir ki, Bank, 2026-cı ilin mart ayı üçün əvvəlki qiymət proqnozunu 100 dollar artıraraq 1 unsiya üçün 3 600 dollar, iyun ayı üçün isə 200 dollar artıraraq 3700 dollar səviyyəsinə qaldırıb.
UBS-in analitikləri bu qərarı ABŞ iqtisadiyyatındakı risklər, daha da düşməkdə çətinlik çəkən inflyasiya və güclü investisiya tələbi ilə izah edirlər. Xüsusilə, mərkəzi banklar və qızıl ETF-lərinə artan maraq, həmçinin dollarlaşma əleyhinə meyllərin qiymətləri daha da yüksəldəcəyi vurğulanır.
Bununla yanaşı, 2025-ci ilin sonuna dair proqnoz 3500 dollar səviyyəsində saxlanılıb, 2026-cı ilin sentyabr ayı üçün isə proqnoz dəyişdirilməyib, 3700 dollar olaraq qalır.
UBS-in hesabatında qeyd olunur ki, ABŞ-da zəif iqtisadi artım FED-i faiz endiriminə getməyə məcbur edə bilər. Bu isə dolları zəiflədərək qızıl üçün əlavə dəstək yarada bilər.
Qlobal qızıl tələbinin 2025-ci ildə 3% artaraq 4760 tona çatacağı, bunun da 2011-ci ildən bəri ən yüksək göstərici olacağı gözlənilir. Hazırda qızıl ilin əvvəlindən bəri 27% bahalaşaraq unsiyası 3338 dollar civarında ticarət olunur. Aprel ayında isə 3500 dollar ilə tarixi rekord qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 28 d. əvvəl
-
32 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
46 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















