Azərbaycanda qarğıdalıda yüksək məhsuldarlıq
"Səba" şirkəti qarğıdalı yığımını başa çatdırıb.
Şirkət, hər il olduğu kimi, bu il də qarğıdalı yığımından yüksək məhsul əldə edib.
Səba sahələrinin hər hektarından orta hesabla 14 ton dənli qarğıdalı yığılıb. Hələlik yığımı tamamlanmayan silos qarğıdalıda isə daha yüksək – hektara 30 ton məhsuldarlıq gözlənilir.
"Səba" əkinçilik təsərrüfatı 2 müəssisədən – "Qarabağ Taxıl" və "Qarabağ Toxum" ibarətdir. Növbəli əkin sisteminə üstünlük verən «Qarabağ Taxıl» bu il dənlik və silosluq qarğıdalı, soya, buğda becərib. "Qarabağ Toxum" isə bu bitkilərdən əlavə, ilk dəfə şəkər çuğunduru da əkib. Ümumilikdə, “Səba” Ağcabədi, Beyləqan, Ağsu, Kürdəmir ərazilərindəki tarlalarından 60 000 tondan artıq məhsul yığacağı barədə proqnoz verib.
Ötən ilin müsbət təcrübəsindən faydalanan “Səba” bu il də iri sahədə soya becərib. Bir neçə günə Səba sahələrində soya və şəkər çuğunduru yığımı başlayacaq.
“Biz çox şadıq ki, ölkənin ilk iri özəl taxılçılıq təsərrüfatı kimi “Qarabağ Taxıl” hər il yüksək məhsuldarlıq göstəricisi nümayiş etdirir. “Qarabağ Toxum” ölkənin yüksək keyfiyyətli və məhsuldar toxum istehsalçılarından biri hesab olunur. Torpağa göstərdiyimiz qayğı onun bol məhsulu kimi bizə geri dönür” – “Səba”-dan belə bildiriblər.
“Səba” tarlalarından yığılan qarğıdalı və soya bu brendin quşlarının əsas yemidir. Müasir suvarma sistemləri və düzgün aqrotexnoloji qulluq sayəsində becərilən sağlam məhsul quş və heyvan yemi üçün vacib olan zülalla zəngindir. Buna görə də “Səba”, həm də yem istehsalçısı kimi, heyvandarlar arasında yüksək nüfuza malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
- 14 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb









.jpg)





.jpg)


