Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə daxil olacaq
Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu operatorları tərəfindən yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin (BM) səhmdarlarının növbədənkənar ümumi yığıncağında "Çin Dəmir Yolu Konteyner Daşımaları" MMC-nin (“China Railway Container Transport Co., Ltd”nin törəmə strukturu) birgə müəssisəyə daxil olması ilə bağlı razılıq əldə olunub.
"Qazaxıstan Dəmir Yolları"nın(KTJ) yaydığı məlumata görə, səhmdarların ümumi yığıncağı Bakıda keçirilib.
Məlumatda qeyd olunub ki, KTJ-nin sədri Talqat Aldıbergenov Bakıya işgüzar səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb.
"Görüşdə Orta Dəhlizin inkişafı, proseslərin rəqəmsallaşdırılması, "darboğazlar"ın aradan qaldırılması üzrə Yol Xəritəsinin həyata keçirilməsi və əməkdaşlığın digər aktual istiqamətləri müzakirə edilib. Marşrutla konteyner qatarlarının yola salınma müddətinin birgə monitorinqinin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, qrafikin sabitliyini təmin etməyə, logistika məsələlərini operativ qaydada həll etməyə və marşrutun səmərəliliyini artırmağa imkan verəcək", - məlumatda vurğulanıb.
“Middle Corridor Multimodal Ltd” Orta Dəhlizlə tranzit daşımalarının inkişafı və effektivliyinin artırılması üçün Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir. BM-in yaradılmasında məqsəd bu marşrutun vahid operatoru olmaqdır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)


.jpg)


