“Azərbaycan ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”
“Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”. Bunu sorğusuna cavab olaraq Beynəlxalq Valyuta Fondundan (IMF) bildiriblər.
IMF rəsmiləri Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək verməyə hazır olduqlarını açıqlayıblar:
“Bu günə qədər Azərbaycan hakimiyyəti hansısa kredit məsələsinə görə, IMF-yə müraciət etməyib. Ölkənin makroiqtisadi göstəricilərindən və spesifik imkanlardan asılı olaraq IMF-nin şərtləri dəyişir. Eyni zamanda, IMF fiskal qaydaların inkişafı, pul bazasının gücləndirilməsi və bank nəzarətinə dəstək üçün dövlət orqanlarına bütün texniki aspektlər üzrə dəstək göstərməyə hazırdır”.
Fondun açıqlamasına görə, Azərbaycanla bağlı İMF-nin Direktorlar Şurası sonuncu dəfə 2016-cı il sentyabrın 9-da yığışıb:
“Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program - FSAP) üzrə sonuncu görüş 2015-ci ilin mart ayının ortalarında baş tutub ki, bu da milli valyutanın birinci devalvasiyasından dərhal sonra olub. Texniki dəstək və təlim fəaliyyəti ilə hakimiyyət orqanlaının büdcə və borcların idarə edilməsi, pensiya islahatları və makrostatistika da daxil olmaqla makroiqtisadiyyatla əlaqədar bir sıra sahələrdəki islahat səylərini dəstəkləyirik”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























