Suyun idarə olunmasında süni intellekt və texnologiyaların tətbiqi - Qeydiyyatdan keçməyə tələsin!
(®) Sentyabrın 4-dən 7-dək Bakıda WaterTech Bootcamp təşkil olunacaq.
WaterTech Bootcamp ölkəmizdə su ehtiyatlarının idarə olunması sahəsində süni intellekt və innovativ texnologiyaların tətbiqinə həsr olunmuş ən genişmiqyaslı təlim və hackathon proqramıdır. 60 şəxsin iştirak edəcəyi bu intensiv 4 günlük proqramda iştirakçılar su sahəsində qarşılaşdıqları real problemləri dərindən öyrənmək, yeni yanaşmalar və texnoloji həllər yaratmaq imkanı qazanacaqlar.
Bootcamp çərçivəsində iştirakçılar su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının toplanması və təmizlənməsi, meliorasiya və suvarma sistemlərinin effektiv idarə olunması sahələrində ölkənin qabaqcıl ekspertləri tərəfindən keçirilən interaktiv təlim sessiyalarında iştirak edəcəklər. Xüsusi diqqət süni intellektin bu sahələrdə tətbiqinə və rəqəmsal transformasiyanın gətirdiyi yeniliklərə yönəldiləcək.
Tədbirin əsas hissəsi olan hackathon mərhələsində isə iştirakçılar komandalar halında real problemləri həll etmək üçün yaradıcılıq və texniki bacarıqlarını nümayiş etdirəcək, mentorların dəstəyi ilə ideyalarını prototiplərə çevirəcəklər. Hackathonun sonunda komandalar layihələrini münsiflər qarşısında təqdim edəcək və ən innovativ həllər mükafatlandırılacaq.
WaterTech Bootcamp itirakçılarda innovativ düşüncə və texnoloji bacarıqların inkişafına, su ehtiyatlarının davamlı və səmərəli idarə olunması üçün gələcəyin liderlərinin yetişdirilməsinə dəstək vermək məqsədi daşıyır. Bu proqram həmçinin iştirakçılara real dünya problemləri ilə işləmə, komanda işi və layihə təqdimatı bacarıqlarını artırmaq üçün unikal təcrübə təqdim edir.
Proqram "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsi və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience (Avropa İttifaqının Şərq Tərəfdaşlığında Karbonsuzlaşma və İqlim Dayanıqlılığı) layihəsinin dəstəyi ilə həyata keçirilir. EU4ClimateResilience layihəsi Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən birgə maliyyələşdirilir və GİZ VƏ OECD tərəfindən həyata keçirilir.
Yerlər məhduddur — iştirak etmək və daha ətraflı məlumat almaq üçün qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat linki: https://forms.gle/BeviNu448r1E3xh88
Tarix: 4–7 sentyabr, 2025-ci il
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























