Mənzil İnşaatı Dövlət Agentliyinin xalis mənfəəti 3 dəfə azalıb
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2024-cü ili 2 milyon 692 min manat xalis mənfəət ilə başa vurub. Agentlik 2023-cü ili 8 milyon 101 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Mənzil İnşaatı Dövlət Agentliyinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 dəfə azalıb.
Marja.az qurumun 31 dekabr 2024-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin maliyyə gəlirləri 1 milyon 346 min manat və ya 11,7% artaraq 12 milyon 857 min manat təşkil edib. Həmçinin, Agentlik "Maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə üzrə bərpası" hesabı üzrə 334 min manat, "Diskontun amortizasiyası" hesabı üzrə 2 milyon 621 min manat gəlir əldə edib.
2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin 15 milyon 812 min manat gəlirlərə qarşı cəmi xərcləri 13 milyon 120 min manat təşkil edib. Xərclərin 7 milyon 126 min manatı kreditlərin ədalətli dəyəri üzrə zərər ilə bağlıdır.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi - Azərbaycan vətəndaşlarının, xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi siyasəti çərçivəsində yaradılıb. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
37 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
51 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















