"Bu forum 2026-cı ildə ölkəmizdə təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini daha da artırır"
Naxçıvanda keçirilən forumun 2026-cı ildə ölkəmizdə təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilməsi də onun qlobal əhəmiyyətini daha da artırır. Bu, Azərbaycan Respublikasının davamlı şəhərsalma, ətraf mühitin qorunması və resursların dayanıqlı idarə olunması sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyinin daha bir bariz nümunəsidir. Bu kontekstdə, 2024-cü ilin sonunda ölkəmizin ev sahibliyi etdiyi COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da xüsusi önəm daşıyır. Bu tədbirlər Azərbaycanın qlobal ekoloji siyasətdə fəal mövqe tutduğunu bir daha nümayiş etdirir.
Bu sözləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov
Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
O qeyd edib ki, bu gün Forumun məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı qazıntı yataqları –qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır:
"Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir.
Eyni zamanda qeyd edilib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.
2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























