5-ci “Yüksəliş” müsabiqəsində 3 qalib Kapital Bankın əməkdaşıdır
Artıq 5 ildir ki, ən-ənəvi olaraq keçirilən “Yüksəliş” müsabiqəsinin 2025-ci il üçün olan qalibləri rəsmi olaraq elan edilib. Müsabiqədə bilik mübarizəsini uğurla tamamlayan 124 nəfər final mərhələsinə yüksəlib. Onlardan 20 nəfəri isə qalib adını qazanıb. Gərgin imtahan mərhələrindən keçərək qalib adına layiq görünənlər sırasında Kapital Bank-ın 3 əməkdaşı - Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov da yer alıb.
Maliyyə sahəsində böyük təcrübəsi olan Toğrul Xəlilov 2015-ci ildən etibarən Kapital Bank-da çalışır. O, fəaliyyət dövründə Partnyor şəbəkəsinin idarə edilməsi, İpoteka və kredit sahəsi, Bank məhsulları sahəsi, Pərakəndə məhsullar sahəsi kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2023-cü ildən etibarən bankın Satış Kanalları Departamentinin direktoru olaraq fəaliyyətini davam etdirir.
Kapital Bank-da Satış kanalları şöbəsində mütəxəssis olaraq fəaliyyətə başlayan Qoşqar Daşdiyev daha sonra Birbaşa satış və Xidmət şöbəsində bölmə rəhbəri və menecer vəzifəsinədək yüksəlib.
Layihənin növbəti qalibi Məmməd Həsənov bankda 2023-cü ildən etibarən fəaliyyət göstərir. Risk texnologiyaları sahəsində geniş təcrübəyə malikdir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçilərin aşkarlanması, inkişaf etdirilməsi və ölkənin müxtəlif sahələrində liderlik potensiallarının artırılmasıdır. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük), final mərhələsində “İdarəçi rollar modeli” üzrə qiymətləndirilirlər. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















