Bank və BOKT-lar üçün yeni maliyyə aləti təqdim edildi
Bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaqAzərbaycan Mərkəzi Bankı (AMB) ölkədə real sektorun maliyyə resurslarına əlverişli şərtlərlə çıxış imkanlarının genişləndirilməsi üzrə strateji təşəbbüslərini davam etdirir. Bu məqsədlə, maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.
"Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb. Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamikanın proqnozlaşdırılmasına əsas verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir. Cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub və yeni maliyyə mexanizminin tətbiqinə qərar verilib",- məlumatda bildirilir.
Proqram, həmçinin 1 avqust 2025-ci il tarixində qüvvəyə minməzdən əvvəlki 3 ay ərzində cəlb olunmuş və artıq qeyd olunan hədəf qruplarının maliyyələşdirilməsində istifadə olunmuş vəsaitləri də əhatə edəcəkdir. Bu halda, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.
Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcəkdir.
Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 4 d. əvvəl
-
11 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
23 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
37 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
52 d. əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
-
2 saat əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb











.webp)














.jpg)

