PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi ilə birgə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə jurnalistlər üçün “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda təlim təşkil edib.
Quba regional “ASAN xidmət” mərkəzində keçirilən təlimdə ölkənin aparıcı media qurumlarını təmsil edən 60-a yaxın jurnalist iştirak edib.
Təlim zamanı iştirakçılara süni zəkanın faktların yoxlanılması, media analitikası, sosial media trendlərinin izlənməsi və vizual kontentin yaradılmasında praktik tətbiqləri təqdim olunub.
Təlimin mövzusu və məqsədi PashaPay-in Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində süni intellektin yalnız texnoloji və maliyyə sahələrində deyil, eyni zamanda ictimai bilik və savadlılığın artırılmasına yönəlik fəaliyyətləri ilə paralellik təşkil edir.
Bu kimi təşəbbüslər, media nümayəndələrinin sürətlə inkişaf edən texnologiyalara uyğunlaşmasını və süni zəka alətlərindən məsuliyyətli və effektiv şəkildə faydalanmasını təşviq edir.
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu






















