Sığorta şərtləri açıqlandı: Keçi və qoyunlar 7 manat, inəklər 24 manat – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatları sığortalanır.
İri və xırda buynuzlu heyvanların sığotası südlük və ətlik mal-qaranı (inək və camışları), eləcə də keçi və qoyun təsərrüfatlarını əhatə edir. Fermerlər aqrar sığorta vasitəsilə heyvandarını çoxsaylı risklərdən qoruya bilərlər.
Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, otdan və yemdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, yanğın, vəhşi heyvanların hücumu, eləcə də təbii fəlakətlər - zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma və normadan artıq yağan qar yağıntıları aiddir.
Fermer və təsərrüfat sahibləri dövlətin dəstəyi sayəsində cüzi ödənişlərlə heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqca sərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89% xırdabuynuzlu heyvanlar üzrə isə 4,6% təşkil edir.
Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin 50%-i fermerə dəstək üçün dövlət tərəfindən ödənilir.
Başqa sözlə, 300 manatlıq qoyunun sığortalanması üzrə sığorta haqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığorta haqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50%-i dövlət tərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərflə sığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortası isə 24,5 manata başa gəlir. Heyvanlarının qiymətindən asılı olaraq bu məbləğ artıb-azala bilər.
Fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavə olaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən də sığorta edə bilərlər. Buraya heyvanın avtomobillə vurulması, daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması, heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə də oğurluq, soyğunçuluq və sair aiddir.
Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrə sığorta tarifləri iribuynuzlu heyvanlar üzrə 7,8%, qoyun-keçilər üzrə isə 7,37% təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərə almaqla, 300 manatğlıq qoyun-keçinin sığortalanması fermerə 11 manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başa gələcək.
Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçün çəkilən xərcdən qat-qat aşağıdır.
Xatırladaq ki, sığorta haqqının ödənişi prosesi də tamamilə asanlaşdırılıb. Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər öz heyvanlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan, mobil telefonla sığorta edə bilərlər.
Sığorta müqavilələri 1 illik, 2 illik və 3 illik müddətə bağlanıla bilər, sığorta müddəti artdıqca sığorta tarifləri azalır.
Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır. Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















