Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır - "Avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq"
Avropa Mərkəzi Bankının rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanı 2% səviyyəsində saxlamaq cəhdlərini poza biləcəyindən narahat olublar.Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanın 2% səviyyəsində saxlanması səylərini poza biləcəyindən narahat olublar. Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il Dollara qarşı təxminən 14% dəyər qazanıb.
Bu, indi ECB-nin hədəfində olan inflyasiyanın yavaşlamasına kömək edir. Lakin təhlükə ondadır ki, avronun bahalşaması daha da davam edərsə və inflyasiya 2% olan hədəfdən də aşağı düşərsə, bu proses onun rəqabət qabiliyyətini zəiflədə bilər. Valyuta son iyirmi ildən çox müddətdə ən uzun bahalaşma tendensiyasındadır və bu məsələ ECB-nin Portuqaliyanın Sintra şəhərində keçirilən illik toplantısında müzakirə olunur.
ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq. Bu səviyyəyə qədər, "biz bunu bir az gözardı edə bilərik" deyib və əlavə edib: "Məzənnə bu səviyyədən yuxarı olarsa, vəziyyət daha da mürəkkəbləşəcəkdir".
ECB-nin baş iqtisadçısı Filip Leyn CNBC-yə deyib: "Xüsusilə avropalı investorlar - həm də qlobal investorlar - avroya qarşı yenidən balanslaşma görürlər. İndiyə qədər gördüyümüz şey qalıcı görünür, lakin əlbəttə ki, bundan sonra nə olacağını gözləyirik".
ING-nin makroiqtisadiyyat rəhbəri Carsten Brzeski ECB rəsmiləri haqqında, "Onlar bunu hələ tam etiraf etmək istəmirlər, lakin güclü avro artan narahatlıq mənbəyi olacaq. Nəhayət, avronun daha da möhkəmlənməsi təkcə deflyasiya təzyiqini artırmayacaq, həm də onsuz da çətin vəziyyətdə olan ixrac sektoruna iqtisadi ziyan vura bilər ki, bu da faiz dərəcələrinin azaldılmasına əsas qazandıracaq”,- deyib.
Sintrada keçirilən paneldə iştirak edən ECB prezidenti Kristin Laqard məzənnə ilə bağlı şərh verməkdən imtina edib, lakin 2025-ci ilin dollar üçün əhəmiyyətli bir il ola biləcəyini söyləyib. "Bu, bir gecədə baş verməyəcək, tarix boyu heç vaxt belə olmayıb" deyən Laqard, "Ancaq açıq-aydın bir şey pozulub və onu düzəltmək mümkün olub-olmadığını və ya qırılıb-qalmayacağını düşünürəm ki, bu hələ aydın deyil".
Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 16 d. əvvəl
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
31 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
45 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı


















