Naxçıvanda hemodializ xidmətləri genişləndirilir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada səhiyyə sahəsində bir sıra mühüm layihələr icra olunur. Bu layihələr çərçivəsində səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə vacib satınalmalar həyata keçirilir.
Sözügedən proqram əsasında icra edilən əsas layihələrdən biri də xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş “Hemodializ Mərkəzi”nin yaradılması və müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmasıdır. Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır.
Yaradılan mərkəzdə pasiyentlərə daha səmərəli, keyfiyyətli və komfortlu tibbi xidmətin göstərilməsi məqsədilə müvafiq satınalmalar həyata keçirilmiş, ən son texnologiyalara uyğun istehsal olunmuş 53 ədəd hemodializ cihazı və müalicə prosesinin daha rahat və effektiv təşkili üçün qurğuya inteqrasiya edilmiş internet bağlantısı və qulaqcıq girişli, yüksək təsvir keyfiyyətinə malik televizorla təchiz edilmiş, 3 idarəetmə mühərrikli 48 ədəd hemodializ kreslosu alınmışdır.
Qeyd edək ki, Hemodializ Mərkəzinin önümüzdəki ayın sonunda fəaliyyətə başlaması nəzərdə tutulur.
Naxçıvan şəhərində yaradılan şəraitlə yanaşı, muxtar respublikanın rayonlarında da hemodializ xidmətlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə yaxın günlərdə Şərur Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şərur Rayon Mərkəzi Xəstəxanası və Kəngərli Rayon Mərkəzi Xəstəxanasına, həmçinin Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanasına hemodializ cihazları və hemodializ kresloları təhvil verilmişdir.
Görülən bu tədbirlər muxtar respublikanın bölgələrində hemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və tibbi xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























