Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
"Marja" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
XXX
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılsın.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II kitab), maddə 732, № 9, maddə 1103, № 12 (II kitab), maddə 1450; 2025, № 3, maddə 295) 1.1-ci bəndində “iyul” sözü “oktyabr” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 iyun 2025-ci il
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 4 d. əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
4 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 5 saat əvvəl
-
7 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
7 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Ən çox oxunanlar
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
























