ABŞ-İran gərginliyi nefti 4%-dən çox bahalaşdırıb
ABŞ-İran gərginliyi neft qiymətlərini 4%-dən çox bahalaşdırdıQlobal neft qiymətləri çərşənbə günü ABŞ və İran arasında gərginliyin artması fonunda yüksəlib.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişinə ümidini itirdiyini deməsindən sonra qiymətlər qalxıb. Tramp “Artıq əmin deyiləm” bildirib.
Brent markalı neftin bir barelinin qiyməti 4,3% artaraq 69,77 dolları, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 4,9% artaraq 68,15 dolları görüb.
Bakı vaxtı ilə saat 8:00-da Brent nefti 2,2% bahalaşma ilə 68,33 dollardan ticarət olunub.
ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə deyib ki, İranla razılaşmanın mümkünlüyü ilə bağlı “Mən indi bir neçə ay əvvəl olduğundan daha az ümidliyəm” deyib. Prezident həmçinin bildirib: "İran nüvə silahı əldə etməyəcək. Bunu müharibəsiz, heç kim ölmədən etmək daha yaxşı olardı. Amma mən onların artıq razılaşmaya hazır olduqlarını düşünmürəm".
ABŞ səfirliyini təxliyə edir, hərbçi ailələr Yaxın Şərqi tərk edir
ABŞ və İran arasındakı gərginlik təkcə şifahi xəbərdarlıqlarla məhdudlaşmır. Reuters-ə danışan mənbələrin məlumatına görə, ABŞ administrasiyası İraqdakı səfirliyini qismən boşaltmağa hazırlaşır. Associated Press-in məlumatına görə, Pentaqon bölgədə xidmət edən hərbçilərin ailələrinə “könüllü getməyə” icazə verib.
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) dəniz sənayesinə xəbərdarlıq edib ki, Körfəz bölgəsində artan gərginlik hərbi fəaliyyətlərin artmasına səbəb ola bilər.
İran: ABŞ bazaları bizim hədəfimizdədir
İran tərəfi sərt mesajlar verməkdə davam edir. İran müdafiə nazirinin müavini general Əziz Nəsirzadə İran mətbuatına verdiyi açıqlamasında ABŞ-ın bölgədəki bütün hərbi bazalarının İranın hədəfi ola biləcəyini deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Nəsirzadə "Bizə hücum etməkdən çəkinməyəcəyik. ABŞ bazaları bizim hədəfimizdə olacaq" deyib.
Fitch: Qlobal enerji proqnozu pisləşir
Bütün bu geosiyasi risklər neft qiymətlərini artırsa da, "Fitch Ratings" qlobal enerji sektorunun proqnozunu “neytral”dan “pisləşən”ə (deteriorating) dəyişib. Kredit reytinq agentliyi ABŞ-ın əlavə gömrük tariflərinin, OPEC+ tərəfindən hasilatın artırılmasının və OPEC-ə daxil olmayan ölkələrdə sürətli hasilat kimi amillərin tələb üzərində təzyiqi artırdığını qeyd edib.
Fitch-in çərşənbə günü qiymətləndirməsinə görə, 2025-ci il üçün qlobal neft tələbi artımı proqnozu gündəlik 1 milyon bareldən 800 min barrelə endirilib. Digər tərəfdən, xüsusilə OPEC+ ölkələrinin hasilatın gözlənildiyindən daha sürətli artması səbəbindən bazarda təklif artıqlığı problemi davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 17 d. əvvəl
- 30 d. əvvəl
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb



















