Azərbaycanın fintex şirkəti Türkiyənin fintex şirkətilə saziş imzaladı
PashaPay və Türkiyənin Sipay şirkəti regional fintex əməkdaşlığını gücləndirmək məqsədilə Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb. Əməkdaşlıq Azərbaycan və Türkiyə arasında transsərhəd fintex innovasiyalarını təşviq edəcək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirəcək.Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay ilə Türkiyənin ən sürətlə böyüyən fintex şirkəti - Sipay arasında transsərhəd fintex innovasiyalarını təşviq etmək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək məqsədilə strateji Əməkdaşlıq Sazişi imzalanıb.
PashaPay və Sipay şirkətlərinin birgə mətbuat açıqlamasında bildirilir ki, Saziş 3 iyun tarixində, PashaPay-in Bir ekosistemi təmsil etdiyi dünyanın aparıcı fintex tədbirlərindən biri olan Money 20/20 Europe zamanı Amsterdamda imzalanıb.
Tərəfdaşlıq qarşılıqlı bazarlara çıxışı təmin etmək, texnologiya platformalarını inteqrasiya etmək və qlobal ödəniş şəbəkələri vasitəsilə maliyyə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.
PashaPay və Sipay tərəfindən verilən mətbuat açıqlamasında bildirilib ki, saziş çərçivəsində hər iki şirkət rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək, inklüziv iqtisadi əlçatanlığı dəstəkləmək və hər iki ölkədə fəaliyyət göstərən fərdi şəxslər və bizneslər üçün asan və sürətli əməliyyatların həyata keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq edəcək.
PashaPay şirkətinin baş icraçı direktoru Samir Məmmədov bildirib:
"Bu əməkdaşlıq, regionda daha sıx inteqrasiya olunmuş və inklüziv rəqəmsal iqtisadiyyatın qurulması yolunda mühüm bir addımdır. Biz qardaş Türkiyənin Sipay şirkəti ilə tərəfdaşlıq edərək yalnız PashaPay-in rəqəmsal pulqabı tətbiqi olan m10 istifadəçiləri üçün yeni imkanlar yaratmırıq, eyni zamanda, beynəlxalq pul köçürmələrini asanlaşdırmaqla Azərbaycan və Türkiyədə, eləcə də region xaricində yaşayan və fəaliyyət göstərən vətəndaşlar, ailələr və bizneslərin gündəlik həyatına dəstək vermiş oluruq."
Sipay şirkətinin baş icraçı direktoru Semih Muşabak qeyd edib:
"PashaPay ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Onlar da bizim kimi daha əlaqəli, inklüziv və innovativ maliyyə ekosistemini hədəfləyir. Bu əməkdaşlıq regional strategiyamızda mühüm bir mərhələdir və bizə Türkiyə və Azərbaycandan başlayaraq, sərhədlərarası rəqəmsal maliyyə həlləri təqdim etməyə, daha sonra isə yeni bazarlara genişlənməyə imkan yaradacaq."
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
www.pashapay.az
Sipay haqqında
2019-cu ildə təsis edilmiş Sipay, innovativ fintex şirkəti olaraq, bizneslərin və fərdi istifadəçilərin maliyyə ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlər hazırlayır. Sipay, şirkətlərin bütün maliyyə fəaliyyətlərini vahid platforma üzərindən idarə etməsinə və izləməsinə imkan verən bir sistem təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















