Azərbaycanın investisiya şirkəti 2024-cü ili zərər ilə bağlayıb
"CFİ Financial İnvestisiya Şirkəti" QSC (əvvəlki adı “Azfincane İnvestisiya Şirkəti”) 2024-cü ili 972 min manat xalis zərər ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 464 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "CFİ Financial İnvestisiya Şirkəti"nin cəmi əsas əməliyyat gəlirləri (konsaltinq, portfelin idarə olunması xidmətləri və digər gəlirlər) 2023-cü ildə 761 min manat ikən, 2024-cü ildə 191 min manata düşüb.
Həmçinin, ötən il "CFİ Financial İnvestisiya Şirkəti"nin haqq və komissiya gəlirləri 170 min manat, qiymətli kağızlar üzrə gəlirləri 778 min manat, maliyyə gəlirləri 44 min manat təşkil edib.
Ötən il "CFİ Financial İnvestisiya Şirkəti"nin 1 milyon 183 min manat cəmi əməliyyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 2 milyon 361 min manat, xərclər gəlirlərdən çox olduğu üçün əməliyyat zərəri 1 milyon 177 min manat olub. 205 min manat mənfəət vergisi gəliri Şirkətin zərərini azaldıb.
1998-ci ildə təsis edilmiş "CFI Financial Group" Yaxın Şərq və Şimali Afrika bölgəsinin aparıcı onlayn ticarət brokeridir. Şirkət London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirədə fəaliyyət göstərir. 2025-ci ilin Fevral ayında "CFI Financial Group" "CFI Financial Investisiya Şirkəti"nin (CFI Azerbaijan) rəsmi açılışını elan edib.
2024-cü ildə “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



