“PAŞA Bank” “Kiçik sahibkarlar, böyük hədəflər” layihəsini uğurla həyata keçirib ®
Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələrin gerçəkləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirir.
Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bilim Bakı” mərkəzi və “YAŞAT” Fondu ilə birgə “Kiçik sahibkarlar, böyük hədəflər” adlı layihə həyata keçirib. Şəhid ailələrinin və “PAŞA Bank” əməkdaşlarının övladları üçün hazırlanan layihə iştirakçıların sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyib.
4-31 may 2025-ci il taixində baş tutan layihə çərçivəsində 10-14 yaşlı 100 şagirdə təlim keçilib. Dərslər zamanı “Bilim Bakı” mərkəzinin təcrübəli müəllimləri uşaqlara sahibkarlıq strukturu, növləri və strategiyaları haqqında məlumatlar təqdim ediblər. Ümumi proqram və mentorluq dərsləri tamamlandıqdan sonra, komandalar öz hazırladıqları məhsulları layihənin bağlanış mərasimində təqdim ediblər. Məhsullar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər seçilib və ilk 3 qalib komanda xüsusi hədiyyələrlə mükafatlandırılıb.
“Layihə iştirakçılara sahibkarlıq sahəsində biliklər qazandırmaqla yanaşı, onların yaradıcılıq və strateji düşünmə bacarıqlarını da inkişaf etdirib. Bu təcrübənin iştirakçılar üçün faydalı olacağına inanırıq. Məqsədimiz gənc nəsli təşəbbüskarlığa, yaradıcılığa və liderlik bacarıqlarına təşviq edərək onların gələcəkdə daha uğurlu və fəal olmalarına dəstək olmaqdır,” - deyə, “PAŞA Bank”ın İnsan resursları üzrə baş direktoru Zibeydə Haciyeva bildirib.
Qeyd edək ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)






