BOKT "İnternational" 2024-cü ili mənfəətlə başa vurub! - MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT “İnternational” ASC, növbəti maliyyə uğuruna nail olub. BOKT ötən illərdə olduğu kimi, 2024-cü ildə də yüksək statistik göstəricilərə imza atıb.
Belə ki, BOKT “İnternational” ASC 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabatın "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununun və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə uyğunluğu beynəlxalq audit şirkəti “Baker Tilly Azerbaijan” tərəfindən təsdiqlənib və müsbət rəy verilib.
XALİS MƏNFƏƏTİNDƏ BÖYÜK ARTIM
BOKT-un yaydığı press-relizdə bildirilir ki, BOKT “İnternational” ASC-nin 2024-cü ili 4 milyon 820 min 580 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 28 min 482 manat və ya 72,6% çoxdur.
FAİZ GƏLİRLƏRİ ARTIB
BOKT “İnternational” ASC-nin cəmi faiz gəlirləri 2023-cü ildə 14 milyon 664 min 407 manat ikən, 2024-cü ildə 17 milyon 827 min 749 manat olub (3 milyon 163 min 342 manat və ya 21,6% artıb). Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri təşkil edib.
Ötən il BOKT “İnternational”ın xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, 2024-cü ildə Kredit təşkilatının xalis faiz gəlirləri 13 milyon 909 min 164 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2 milyon 570 min 615 manat və ya 22,6% yuxarı göstəricidir.
KREDİT TƏŞKİLATI BÖYÜYÜB
Ötən il BOKT-un cəmi aktivləri isə 9 milyon 429 min 362 manat və ya 26,1% artaraq 31 dekabr 2024-cü il tarixində 45 milyon 536 min 567 manata çatıb. Aktivlərin 37 milyon 960 min 91 manatını kredit portfeli təşkil edib.
2024-cü ildə BOKT-un kredit portfeli 7 milyon 679 min 980 manat və ya 25,4% artaraq 37 milyon 960 min 91 manata yüksəlib. Ötən il bütün növ kreditərdə artım baş verib.
2015-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır. Əlavə olaraq, Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderlərdən olan PashaPay və E-manat ilə əməkdaşlıq və bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2023-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzvlüyünə daxil edilmişdir. BOKT-un davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir. Kapital bazarı üzrə işgüzar münasibətlərin formalaşması qarşılıqlı iqtisadi münasibətlərə söykənən müvafiq Fond Birjalarında, BOKT “İnternational”ASC-nin bazarın yüksək reputasiyaya malik anderrayteri İnvestisiya Şirkətləri ilə davamlı olmasını həyata keçirir.
Qeyd edək ki, BOKT “İnternational” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır. BOKT-un məcmu / nizamnamə kapitalı 2023-cü il üzrə 5 milyon manat 2024-cü ildə 8 milyon manat təşkil etmişdir.
BOKT “İnternational” Bakı və regionlarda 37 filialı və 354 nəfər əməkdaşı ilə fəaliyyət göstərir.
BOKT-un məhsul və xidmətləri ilə www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən (mobil tıtbiq əlavəsi daxil) tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
BOKT “İnternational” ASC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları - ƏTRAFLI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
5 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
5 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
6 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar


















.jpg)
