Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasına sədr seçilib
Maliyyə İnvestisiya Forumu keçirilir23 may 2025-ci il tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Facemark şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın maliyyə və investisiya mühitində əlamətdar hadisə olan Maliyyə İnvestisiya Forumu keçirilir.
Tədbirin əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkməkdir. Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi aparırlar.
Forum çərçivəsində Azərbaycan Kapital Bazarları Assosiasiyasının fəaliyyəti ilə bağlı mühüm struktur dəyişiklikləri ictimaiyyətə təqdim olundu. Bildirildi ki, Assosiasiya fəaliyyətini bundan sonra yeni ad altında davam etdirəcək.
Eyni zamanda, Assosiasiyanın idarəetmə modelində də dəyişikliklər baş verib. Əvvəllər İdarə Heyəti əsasında fəaliyyət göstərən təşkilat müasir korporativ idarəetmə standartlarına uyğun olaraq Direktorlar Şurası modelinə keçid edib. Bu dəyişiklik Assosiasiyanın daha çevik və effektiv fəaliyyət göstərməsinə, strategiya səviyyəsində qərarların daha peşəkar şəkildə qəbuluna şərait yaradacaq.
Yeni yaradılmış Direktorlar Şurasının sədri vəzifəsinə isə kapital bazarları sahəsində çoxillik təcrübəyə malik Orxan Bağırov seçilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























