"BOKT Embafinans"ın gəlirləri və xalis mənfəəti artıb
"BOKT Embafinans" QSC 2024-cü ili 7 milyon 208 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 5 milyon 325 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BOKT Embafinans"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 883 min manat və ya 35,4% artıb.
Marja.az "BOKT Embafinans"ın 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə təşkilatın faiz gəlirləri 15 milyon 313 min manat ikən, 2024-cü ildə 20 milyon 704 min manat olub (5 milyon 391 min manat və ya 35,2% artıb). "Embafinans"ın haqq və komissiya gəliri isə 75% artaraq 231 min manat təşkil edib.
Ötən il "BOKT Embafinans"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 618 min manat və ya 20,7% artaraq 31 dekabr 2024-cü il tarixində 61 milyon 997 min manata çatıb. Təşkilat 2023-cü ilin sonunda 51 milyon 380 min manat kredit portfelinə malik idi.
Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. Hazırda "EmbaFinans"ın təklif etdiyi xidmətlər vasitəsilə Embawood, Madeyra və IdealDizayn məhsullarını əldə etmək mümkündür. Həmçinin cəmiyyət AzEstetik, Smarton, Bravo və ölkə üzrə bir çox tanınmış mağazalar ilə də əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
17 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 42 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ən çox oxunanlar
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı

















.jpg)


