PAŞA Holding-in dəstəyi ilə Şamaxının kəndində yeni sosial müəssisə istifadəyə verildi
PAŞA Holding-in dəstəyi ilə "Tənha Anaların Sosial İnkişafına Dəstək" layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verildi.PAŞA Holding-in dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Göylər kəndində yeni sosial müəssisə fəaliyyətə başlayıb.
Seçilmiş iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və PAŞA Holding-in dəstəyi ilə istehsal üçün zəruri avadanlıqlarla təmin ediliblər.
Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə eyni zamanda tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır.
Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı kimi Göylər kəndində yaradılan yeni müəssisədə isə 20 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Yekun hədəf yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər qadının daimi məşğulluğunun təmin edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








